G PuriCare Wearable Air Purifier ilə rahat nəfəs almağı vəd edən yüksək texnologiyalı üz maskasını təqdim edir.
Virtual reallıq, kamera, qulaqlıq və mikrofonla təchiz olunmuş yeni nəsil maskalar, çirkli havası və virusa davamlı quruluşları ilə pandemiyanın favoriti olmağa namizəddir. Anında fərqli dillərə tərcümə etmə xüsusəyyəti olan C-Mask, maska istifadəsindən imtina edənləri də cəlb edəcək bir yenilik idi. LG isə bu yarışmada PuriCare Wearable Air Purifier adlı maskası ilə iştirak edir.
PuriCare Wearable Air Purifier istifadəçinin nəfəs alma vərdişini təyin edən bir sensora sahibdir. 2 ədəd H13 HEPA filtr, ikiqat fan və tənəffüs sensoru ilə rahat nəfəs almağı təmin edir.
Patentli tənəffüs sensoru sayəsində maska istifadəçinin nəfəs alma vərdişini müəyyənləşdirə və problemsiz nəfəs almasını təmin etmək üçün fanları uyğun şəkildə tənzimləyə bilər. Üç fərqli sürətlə işləyən fanlar hava girişinə kömək etmək üçün sürətlənir və müqaviməti azaltmaq üçün yavaşlayır.
Maskanın gigiyenası isə qabındaki UV-LED işıqları ilə təmin edilir. Maskanın qabı eyni zamanda adapter olaraq istifadə olunur və filtrlərin dəyişdirilməsi lazım olduqda LG ThinQ mobil appinə bildiriş göndərir. LG, 820mAh batareyanın az istifadədə səkkiz saata qədər, yüksək istifadədə isə yalnız iki saat getdiyini bildirib.