K

eçən aylarda Instagram, FacebookWhatsApp kimi nəhəng platformaların arxasında duran “Meta” şirkətinin “Twitter” kimi mətn yönümlü qeyri-mərkəzləşdirilmiş platformanı tanıdacağı məlum olub. Daha sonra bu platforma haqqında çoxlu məlumatlar yayılıb.
Bu məlumatlar içərisində platformanın “Barselona” olacağı və Instagram üzərindən daxil olmaq üçün ayrı bir tətbiq olması məlumatı yer alıb. Bir neçə gün əvvəl yayda təqdim oluna biləcəyi ilə bağlı şayiələr də gəzmişdi. Həyəcanverici informasiyalardan sonra bu gün tətbiqlə bağlı yeni məlumatlar gəlib.

Mobil tətbiqlər haqqında yazıları ilə tanınan Matt Navarra Lia Haberman adlı istifadəçinin yazılarından sitat gətirərək bizə yeni platforma haqqında ilkin təəssüratları verib. Paylaşılan görüntüdə hələlik rəsmi adı məlum olmayan platformanın həm Twitter, həm də Instagram-a bənzər bir axıcılığının olduğu görünür.
Bildirilir ki, platforma mərkəzləşdirilməmiş mikrobloq qismində olan Mastadon kimi proqramlara rəqib ola bilər. Başqa sözlə, digər tətbiqlərdəki istifadəçilər Instagram əsaslı yeni tətbiqetmədə profil və məzmunu kəşf edə, izləyə və onlarla əlaqə saxlaya biləcəklər.

Meta Exploring Launching A New Service That Could Take On Twitter - Stuff  South Africa

Nəhayət, proqram təhlükəsizlik xüsusiyyətlərinə də sahib olacaq. Instagram-da blokladığınız hesablar və ya sözlər də bu platformada bloklanacaq. Qaynaqdan bildirilir ki, proqram iyun ayında əlçatan olacaq.

Posted 
May 21, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All