MWC - Mobile Word Congress

Hər il keçirilən, şirkətlərin yeni smartfonlarını təqdim etdiyi qlobal tədbirlərdən biridir. İlk dəfə 1987-ci ildən keçirləməyə başlayan tədbir bu il 2022-ci ildə Barselona şəhərindən əlavə olaraq Şanxay və Los-Anceles şəhərlərində də keçiriləcək. Tədbirin fevral ayının 28-i başlayıb, mart ayının 3-ünə kimi davam etməsi gözlənilir.

Tədbirdən gözləntilərimiz nələrdir?

Sızıntı məlumatlardan, insayderlərin açıqlamalarından yola çıxaraq bu ilki tədbirdə nələrin bizlərə təqdim olunacağını təxmin etmək o qədər çətin deyil.

Realme:

Realme sərgidə GT 2 seriyasını təqdim edəcəyi gözlənilir. GT 2 və GT 2 Pro artıq Çində satışdadır, lakin bu tədbirdə həmin modellər qlobal satışa çıxarılacaq.

Snapdragon 888 çipi ilə təchiz edilmiş Realme GT2 orta səviyyəli kameralı telefon üçün yüksək xüsusiyyətlərə malikdir. Bunlara 120Hz tezlikli, böyük 6,62 düymlük FHD+ AMOLED displey və cəmi 33 dəqiqə ərzində 0-100%-ə çata bilən 65 Vt sürətli şarjı dəstəkləyən 5000 mAh batareya daxildir. Bundan əlavə 50 meqapiksellik f/1.8 əsas sensorla təchiz olunan üç obyektivli arxa kameraya və 16 meqapiksellik selfi kamerasın malikdir.

Realme GT 2 Pro isə öz növbəsində 120Hz 1440 x 3216 təsvir ölçüsünə malik "kiçik qardaşından" daha böyük 6,7 düymlük 120 MHz AMOLED ekrana malikdir. Yeni Snapdragon 8 Gen 1 çipseti ilə təchiz edilib və 65 Vt sürətli simli şarjı dəstəkləyən 5000 mAh batareyaya malikdir. Üç obyektivli arxa kamera 50MP f/1.8 əsas, 50MP f/2.2 ultra geniş 3MP makro sensordan ibarətdir. Video çəkilişlərdə 8K-a qədər və ya 30/60 kadr-da 4K-a qədər çəkə bilir. Ön tərəfdə isə Realme GT 2 Pro-nun 32MP selfi kamerası var.

Realme, həmçinin nəbz sensoruna malik Realme 9 Pro Plus haqqında daha ətraflı məlumat və eləcə də ən sürətli telefona şarj texnologiyasını (150 Vt) təqdim edə bilər.

Honor

Huawei-dən ayrıldıqdan sonra həyatına qaldığı yerdən davam edən Honor Magic 4 seriyalı telefonlarını təqdim edəcək. Təfərrüatlar 28 Fevralda açıqlanacaq üç fərqli model ola bilər.

Oppo

"Oppo Find X3 Pro"-dan bir il sonra "Oppo"nun "Find X5" seriyasını təqdim edəcəyi təxmin edilir. "X5 Pro"-nun 6,7 düymlük ekrana, iki 50 meqapiksellik üçlü kamera sisteminə və 5x böyütmə qabiliyyətinə malik olacağı barədə şayiələr var.

Cihazın "Hasselblad" brendinin kamera texnologiyasından istifadə etdiyi, gecə çəkilişlərini yaxşılaşdıran yeni xüsusi görüntüləmə "NPU" texnologiyasından istifadə edəcəyini bilirik. "Oppo Find X5 Pro"nun həmçinin Snapdragon 8 Gen 1 prosessoruna və keramika arxalığa malik olacağı gözlənilir.

Tam təfərrüatları üçün "Oppo"nun fevralın 24-dəki qlobal canlı yayım ilə başlayacaq təqdimatını gözləməli olacağıq.

Xiaomi

Ayın əvvəlində səssizcə təqdim edilən Redmi 10 2022 haqqında tam təfərrüatları bu tədbirdə almağı gözləyirik. Bundan əlavə, ortalıqda Xiaomi 12 Ultra şayiələri də "gəzir", ümid edirik ki, ən azı Xiaomi 11 Ultra-da olan qədər böyük bir sensora sahib olacaq.

Samsung:

Açığı "Samsung" 2022-ci ilə kifayət qədər güclü giriş elədi. Galaxy S22, S22 Plus və S22 Ultra təqdimatından sonra şirkətin bu sərgidə böyük bir şey təqdim etməyini gözləmirik.


Posted 
Feb 22, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All