R

əqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşəd Nəbiyevin də iştirak etdiyi “Ekosistem oyunçuları ilə görüş” adlı tədbirdə son ildə rəqəmsal ekosistemdə görülən işlər və yeni yaradılmış imkanlar müzakirə olunub. Eyni zamanda, Rəşad Nəbiyev İT və yeni ildən ölkəmizdə tətbiq olunan güzəştlərlə bağlı verilən sualları cavablandırıb.

Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

Tədbirdə yerli startap icması, innovativ həllər və rəqəmsal inkişaf mühitinin inkişaf etdirilməsinə dəstək olan şirkətlərin rəhbərləri, rəsmi qurumlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nazirin açıqlamalarına əsasən, rəqəmsal inkişaf istiqamətində nazirlik insan resurslarının artması üçün “Technest” təqaüd proqramını keçirir. Bakı və ölkənin müxtəlif regionlarını əhatə əhatə edən bu proqramda məzunların 70%-nin artıq işlə təmin olunduğunu və onların orta əmək haqqının 1300 manat olduğunu bildirilib. "Biz kurslar qarşısında tələb qoyduq ki, onların məzunları kursu bitirdikdən sonra iş tapa bilsinlər" deyən nazir bu prosesin uğurla davam etdiyini deyib.

"Online Azərbaycan" layihəsi haqqında məlumat verən Rəşad Nəbiyev 2024-cü ilin sonuna qədər ölkənin bütün ərazisinin fiber optik internetlə təmin olunacağını bildirib.

Tədbirdə təqdim olunan mövzulardan biri də startaplara dəstək məqsədilə “PAŞA Holdinq”in, eləcə də bazar iştirakçılarının cəlb etdiyi vəsaitlər hesabına təxminən 12 milyon manatlıq ayrıca fondun yaradılması olub. Burada əsas məqsədlər kifayət qədər əlverişli qanunvericilik bazasının yaradılması, çoxlu sayda təcrübəli və bilikli insanların təqdim edilməsi və universitetlərdə tədqiqatların aparılmasına dəstək üçün tədqiqat mərkəzlərinin yaradılması yolunda işlərin davam etdirilməsidir.

Nazir çıxışında ekosistemin inkişafı, gücləndirilməsi ilə bağlı görülən işlər, bu sahədə tətbiq olunan strategiyalar barədə danışaraq İKT sahəsində yaradılan yeni imkanların əhəmiyyətini önə çəkib.

Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşdü — Fotolar

Görüşdə iştirak edən "Ernst and Young" şirkətinin nümayəndəsi Arzu Hacıyeva Azərbaycanda texnoloji ekosistemin inkişafı üçün qanunvericiliyə edilən dəyişikliklərin xülasəsi ilə bağlı təqdimat keçirib.

Sonra tədbir iştirakçıları arasında interaktiv müzakirə baş tutub. Nazir və digər rəsmi şəxslər ekosistemdə gedən proseslər, yeni biznes mühitinin yaradılması ilə bağlı islahatlar, vergi sistemində innovativ şirkətlərin fəaliyyətinə edilən imtiyazlar haqqında auditoriyanın suallarını cavablandırıblar.


Posted 
Feb 25, 2023
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All