Yerli startaplar ilə söhbətlərimiz davam edir. Buhəftəki qonağımız "Oyna"nın baş icraçı direktoru Fərid Kərimzadə ilə futbol, ​​startapçılıq və "Oyna" haqqında danışdıq. Xoş mütaliələr!

1. Əvvəla sizin və komandanızın futbola marağı barədə danışaq. Anladığımız qədərilə futbolu sevirsiniz və illərinizi futbol meydan çalarında keçirmisiniz. Bizə bir az futbola olan sevginizdən danışa bilərsiniz? 

Futbol oyunu nəinki ölkə, həttada bütün dünyadunya ərazisində istənilən yaş qrupu daxil ənçox oynlanılan bir oyundur. Cari olaraq hal-hazırda Oyna komandasında 4 nəfərik və hamımızın həyatında futbol yer alır. Əslində bu ideyanı gerçəkləşdirmək istəməyimizdə əsas arqumentlərdən biri də özümüzün tez-tez futbol oynamağımız durur. Əksəriyyətimiz məhəllə futbolu ilə anlayışı ilə böyümüşük və indi Oyna platformasında bu anlayışı daha da strukturlaşdırma qılmış və digital bir formaya salmağa calışmışıq. 

2. "Oyna" layihəsinin hekayəsinivə ideyanın başlanğıc nöqtəsini danışmağınızı istərdik. Proses necə getdi? Azərbaycanda hansı problemlərlə qarşılaşdınız? 

Əksər iş həyatının nümayəndələri kimi biz də oturaq həyatın qurbanlarıyıq və bunu işh saatından sonra idman fəaliyyəti aktivitəsi ilə məşğul olmaqla kompensasiya etməyə çalışırdıq. Oğlanlar üçün bu əsasən futbol olurdu. Amma ki, oyunun təşkil olunması çox uzun və yorucu prosessdir. Məsələn, kontaktda olan stadionlara zəng edib boş vaxtlarının olub-olmadığını soruşmaq və vaxtın olmadığı halda oyundan imtina etməklə məsələ bitir. Düşünək ki, uyğun vaxt tapıldı və bu vaxtın telefon vasitəsi ilə rezerv olunması vaxt aparır. Uyğun meydança tapıldıqdan sonra isə digər problem komandanın yığılması və rəqib komandanın tapılmasıl aiddir. Son olaraq isə rəqib komandanın həddindən artıq güclü və ya zəif olduğu təqdirdə oyundan lazım olan qədər zövq almaq mümkünsüz olur. Bu qeyd etdiyim problemlərə son qoymaq üçün Oyna adlı bir platformayaratmaq qərarına gəldik və beləliklə Oyna-nın hekayəsi başladı.

Çox vacib bir faktı qeyd edimki, Oyna platforması üzərindən nəinki futbol, eyni zamanda voleybol, tenis və basketbol oyunlarının da rezervasiyasını etmək yaxın zamanda mövcud olacaq. Çünki xanım istifadəçilirəmizin bu idman növlərinə daha çox maraq göstərdiyinin fərqindəyik. 

3. "Oyna" tam olaraq nə işəy arayır? Futbol azarkeşlərinin hansı problemlərini həll edir? 

Oyna platformasında qeydiyyatdan keçdikdən sonra istifadəçilərin Bakı şəhərindəki əksər stadionların vaxt cədvəlinə canlı çıxışıolur. İIstifadəçilər plarforma üzərindən online formada uyğun vaxtı rezerv edəbilirlər. Başqa bir özəllik isə hər bir oyunçunun öz komandasını yaratmaq imkanı və ya hal-hazırda platformada mövcud olan komandaya qoşulmaq imkanıdır. Bundan əlavə komandaya oyunçu əlavə edilməsi və rəqib komanda tapılması funksiyası istifadəçililərin istifadəsindədir. Burda digər vacib bir məqamı da qeyd etmək istərdim. Belə ki, yaxın zamanda platformada olan oyunçuların və komandaların reytinqgi formalaşacaq. Bu reyting isə hər oyundan sonra istifadəçilərin oyunun nəticələrini plarformada qeyd etməsi (Oyunçular vurduğları qolları, assistlərivə digət faktorları qeyd edə biləcəklər) ilə baş verəcək. Yekun olaraq məqsəd insanlara bu fəaliyyəti aktivitəni daha sürətli, asan və əyləncəli şəkildə təqdimetməkdir.

4. Bilməyənlər üçün saytın və tətbiqin necə işlədiyibarədə məlumat verə bilərsiniz?

Bizim oyunçular üçün mobil tətbiqetməmiz olduğu kimi eyni zamanda stadionlar üçündə Web tətbiqetməmiz mövcuddur. Çünki cari olaraq stadionların əksəriyyətində daxili bir platforma yoxdur və bu da onlarınən azından müştəri bazalarının formalaşdırmağa imkan vermir və bizim stadionlara təqdim etdiyimiz tətbiqdə isə onlar öz cədvəllərinin yerləşdirib, müştəri bazasını formalaşdırıb və yekun olaraq bizneslərinə dəstək verici bir daxili plarforma əldə etmiş olurlar. 

Belə olduğu halda isə stadionların vaxt cədvəli avtotmatik olaraq mobil tətbiqetməyə inteqrasiya olunur və oyunçu platforma üzərindər ezervasiya edir. Yaxın zamanda stadiona ödəniləcək ödənişi də platforma üzərindən online şəkildə etmək olacaq.

Eyni zamanda bizim Oyna.app linki ilə vebsəhifəmiz mövcuddurvə istifadəçilər sayt üzərindən də rezervasiya əməliyyatını edə bilərlər. 

5. "Oyna App" olaraq "Sabah.lab"ə qoşulma prosesindən bəhs edə bilərsiniz? Hansı mərhələlərdən keçdiniz? "Pitch" və qəbul prosesi necə getdi?

 Biz avqust ayında bu ideya üçün işlərə başlamaq istəyirdik və komanda olaraq startup sferasından yaxın maraqlandığımız üçün Sabah.lab -infəaliyyətindən xəbərdar idik. Sonra isə Sabah.lab-in yeni inkubasiya proqramının elan olunduğunu gördük və qoşulmaq qərarına gəldik. İlk öncə müraciət formasını doldurduq və ilkin Pitch deck hazırladıq. Ondan sonra isə bizimlə individual interview oldu və bu inteview da bizim startup-ın hansı problemi həlletdiyini, həll üsulumuzu, komandamızı və digər faktorları Sabah.lab tərəfindən nəzərdən keçirilidi. İnterview dan sonra isə qısa zaman ərzində inkubasiya proqramına qəbul olduğumuz barədə email aldıq və beləliklə də Sabah.lab-in dəstəyi ilə Oyna startup -nı qurmağa başladıq.

6. "Sabah.lab"ə qoşulduqdan sonra layihənin gedişatı müsbət yöndə necə dəyişdi? Sizə necə töhfə verirlər?

İIdeyansın olmasıq heç də bu ideyanı uğurla reallaşdıracaqsan anlamına gəlmir və həttda belə bir ifadə varki “hərkəsin ideyası var”. Əsasən də startupdan söhbət gedirsə burda ən vacib məsələ sürətli və düzgün şəkildə böyüməkdir. Bu işdə Sabah.lab komandasıının bizə dəstəyi danılmazdır. Belə ki, Sabah.lab bizə bir çox istiqamətdə dəstək göstərib. Bunlara Sabah.lab-in öz komandası ilsə həftəlik görüşlər, bizə təyin olunmuş xarici və yerli mentorlar, hər həftə xarici ölkədən coachlarla qrup vəi ndividual görüşlər, startupın sürətli inkişafı üçün lazım olan kontaktların verilməsi və Sabah.lab komandasının startupın bəzi istiqamətlərdə birbaşa dəstəyini vurğulamaq olar.

Eyni zamanda bizə toxum investisiyası da Sabah.lab tərəfindən verilmişdir və xarici investorlarla da görüş imkanları yaradılır. Cari olaraq ölkəmizdə startupların inkişafına ən optimal dəstək mərkəzi kimi dəyərləndirirəm.

7. "Oyna App"in istifadəçi sayı nəqədərdir? Bir az data paylaşmaq mümkündür?

Oyna komandası olaraq çox yaxın günlərdə fəaliyyətə başlayacağıq başdıyacıyıq. Amma ki artıq bəzi stadionlarla müqavilələr bağlanılıb. Belə ki, təkcə futbolu götürsək Bakıda təxmini olaraq 50-60 futbol stadionu var və 40 stadion artıq Oyna platformasında yerləşir. Çox qısa zaman ərzində digər mini futbol meydançaları və digər idman növləri də platformamızda olacaq.

Uzun müddətli strategiyamızda isə tez bir zamanda global bazara çıxıb orda ölkəmizi layiqli təmsil etməkdir.

8. Dünya Kubokunda hansı komandaya azarkeşlik edirdiniz? Siz də Messinin "GOAT" olduğunu düşünürsünüz? :) 

Mən futbol azerkeşliyindən daha çox futbol oynamağa üstünlük verirəm amma Messi favori futbolçumdu demek olar. O istedadın çalışqanlıqla birləşdiyi bir futbolçudur və ona görə də yaşayan əfsanə adlanır. Bu statımdanda məlum olduğu kimidə azərkeşliketdiyim komanda Argentina yığmasıdır idi və kubokun da kubokda layiqli sahibinə çatdığını deiyə bilərik. Bu uğurda isə Messinin komandanı qələbəyə aparan əsas oyunçu olduğunu vurğulamaq lazımdır.

Posted 
Jan 19, 2023
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All