A

zərbaycanın mikro, kiçik və orta sahibkarlıq subyektləri və startapları Bilişim Vadisinin Türkiyədəki filiallarının və Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən “Bilişim Vadisi Bakı” filialının imkanlarından istifadə edə biləcəklər.

Bununla bağlı iyulun 10-da “Bakı KOB evi”ndə KOBİA və Türkiyənin Bilişim Vadisi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu imzalayıblar.

Sənəddə qeyd olunan məsələlər bunlardır:

1) İKT sahəsində yerli müəssisələrin və startapların “Bilişim Vadisi Bakı”nın imkanlarından istifadə etməsi

2) Türkiyənin Bilişim Vadisi tərəfindən təşkil edilən proqramlar və digər tədbirlərdə Azərbaycanda fəaliyyət göstərən yerli müəssisələrin iştirakına şərait yaratmaqla onların inkişafına töhfə vermək

3) “Bilişim Vadisi Bakı” ilə birgə sahibkarlıq sahəsində birlikdə tədbirlərin həyata keçirilməsi

4) Təcrübə mübadiləsi, təlim, konfrans və digər tədbirlərin təşkili

5) “Bilişim Vadisi Bakı”nın iştirakçısı olacaq şirkətlərin Startap Şəhadətnaməsi qrant dəstəyindən yararlanması

6) KOBİA-nın dəstəyi ilə keçirilən sərgilərdə iştirakına dəstək göstərilməsi

Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu arasında görüş keçirilib. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin də iştirak etdiyi görüşdə tərəflər arasında imzalanmış sənəddən irəli gələn məsələlər, əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin, Türkiyənin Bilişim Vadisinin nümayəndələri Bakı KOB evində fəaliyyət göstərən Startap Mərkəzində yaradılmış imkanlarla tanış olublar.

Mənbə: AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
Posted 
Jul 10, 2023
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All