omputerlərdən avtomobillərə qədər bütün texnologiya əsaslı cihazların ən vacib parçası olan çipin istehsalı artan tələbə cavab verməkdə çətinlik çəkdiyi üçün istehsalat gecikir.
Covid-19 pandemiyasının verdiyi zərər bir çox fərqli sektorda hələ də özünü göstərir. Pandemiyayla birgə satışların azalacağını düşünən avtomobil şirkətləri, çip sifarişlərini artıq qəbul etmirdi. Karantin müddətində evlərdə zaman keçirməyə məcbur olan istehlakçıların isə komputer, tablet və oyun konsolu kimi cihazlara tələbi artırdı.
Şirkətlər məsafədən çalışma sistemlərini yaxşılaşdırmağa başladılar. Bütün bunların nəticəsində, elektronika firmalarının artan çip tələbi səbəbi ilə avtomobil firmaları çip tapmamağa başladı. Artan çip tələbi ilə birgə həm qiymətlət artdı, həm də markalar çip ala bilmək üçün dünyanın 1 nömrəli çip alıcısı Apple kimi markalarla rəqabət etməli oldular.
Bu qlobal problem səbəbi ilə istehsalı azaldacaqlarını və ya bəzi istehsalat obyektlərini müvəqqəti olaraq bağlayacaqlarını açıqlayan Ford, General Motors, Toyota, Volkswagen və Honda kimi dünya nəhənglərinə, son olaraq Subaru və Suzuki də qoşuldu.
Konsultasiya firması olan AlixPartners, bu krizisin qlobal avtomobil sənayesi gəlirini 60,6 milyard dollar azalda biləcəyi proqnozunu verdi.
menbe: https://www.theburnin.com/industry/hyundai-subaru-suzuki-reduce-vehicle-production-chip-shortage-2021-04-08/