2

016-cı ildə şirkətlərin “WhatsApp”ı olmaq məqsədilə yaradılan Mindbehind Almaniyada yerləşən TENIOS şirkətinin təsisçisi Ümit Öztürkdən 4 milyon dollar dəyərində investisiya alıb.

Üzünü xarici bazarda böyüməyə tutan məhsul yeni investisiyası sayəsində çatbot ilə rəqəmsal köməkçilərinə elektron ticarət, ödəniş və səsli həllər inteqrasiya edərək Avropa bazarında sürətlə böyüməni hədəfləyir.

Aldıqları investisiya və ad dəyişikliyi ilə bağlı məlumat verən təsisçi və tərəfdaş Anıl Kiper:

“2020-ci ildə Türkiyədə və qonşu ölkələrdə 300%-lik böyümə əldə edərək yola çıxdığımız "ağıllandırma" siyasətimizlə onlarla şirkətimizin milyonlarla müştərisi ilə təmasda olduq. Bu invesitisya ilə SOR markamızı MindBehind markamızla birləşdirib fərqli coğrafiyalara yayılma sürətimizi artıracağıq. Hazırda məhsullarımız 35 dildə xidmət göstərir. MindBehind Studio komandamız isə hal-hazırda markalar üçün 5 dildə rəqəmsal köməkçi həllər hazırlayır. Bu məharətimizi Avropadan başlayaraq bütün dünyada göstərməyi səbirsizliklə gözləyirik" dedi.

Bundan başqa MindBehind Azərbaycanın lider bankı Kapital Bank üçün də WhatsApp çatbot layihəsini hazırlayır.

Posted 
Feb 1, 2021
 in 
Startap
 category

More from 

Startap

 category

View All

Join Our Newsletter and Get the Latest
Posts to Your Inbox

No spam ever. Read our Privacy Policy
Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.