"

Twitter”dən verilən məlumata görə şirkətin yeni mübahisəli sahibi İlon Mask təxribat qorxusu ilə  “Twitter” ofislərini bağlayıb və işçilərin giriş kartlarını ləğv edib. İlon Maskın 44 milyard dollara satın aldığı dünyanın ən böyük kommunikasiya və media platformalarından biri olan  “Twitter”in xeyli sayda əməkdaşı ABŞ vaxtı ilə bu gün səhər ofis binalarına daxil ola bilməyiblər.

İlkin məlumata görə Maskın "təxribat qorxusu" səbəbiylə Twitter ofislərinin qapılarını əhəmiyyətli sayda işçinin üzünə bağladığı deyilir...

Hər şey İlon Maskın bütün işçilərə xəbərdarlıq olaraq göndərdiyi elektron poçtla başlayıb: “Ya “Twitter 2.0” qurmaq üçün çox işləməyə razılaşırsınız, ya da işdən çıxırsınız”.

“Twitter”in bir çox əməkdaşının bu yeni strukturu dəstəkləmədiyi və şirkət daxilində təqdim olunan müqaviləni imzalamadığı bildirilib. İmza atıb müqaviləni qəbul edən əməkdaşların Maskın istəyi ilə siyahıya alındığı, etməyənlərin isə hər an işdən çıxarıla biləcəyi bildirilib.

İ. Maskın ödənişli mavi təsdiq işarəsi layihəsini həyata keçirən menecerlər işdən çıxarılıb:

İlon Maskın aylıq 8 dollar ödənişli “mavi təsdiq” işarəsi layihəsini həyata keçirən menecerlər və baş dizaynerlər işdən çıxarıldıqları barədə məlumat paylaşıblar. Məlumatı paylaşan Şiffer həmçinin şirkətin kritik infrastrukturunu qoruyan insanların əksəriyyətinin istefa verdiyini bildirib.

Fəallar “Twitter” Baş Qərargahının divarlarına “İlon Maskın cəhənnəmi”, “Batmaq üzrədir”, “Sus, İlon Mask” kimi etiraz şüarları yazıblar.

İstefa verən və ya qovulan bəzi “Twitter” əməkdaşlarının paylaşımları:

“12 ildən sonra “Twitter”dən ayrıldım. Keçmiş və indiki bütün iş yoldaşlarıma qarşı yalnız sevgi hiss edirəm. Hal-hazırda beynimdən minlərlə, hətta yüz minlərlə səhnə keçir. “Twitter”, səni sevirəm və qanım sonsuzadək mavi rəngdə axacaq”.

Başqa bir əməkdaş Maskın ağır iş şərtlərinə tənqidi cavab olaraq “O qədər də çətin deyildi” başlıqlı paylaşım edib.

Bütün bu hadisələr baş verərkən isə İlon aşağıdakı paylaşımları edib:

"və... biz yenidən “Twitter” istifadəsində bütün zamanların ən yüksək səviyyəsinə çatdıq lol"

“Instagram” da Twitter”də baş verənlərə səssiz qalmayıb:

“tbh (sözün açığı) biz “Twitter”i sevirik”

*Tvit silinib

Posted 
Nov 18, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All