A

dam Mosseri-nin Instagram kanalında verdiyi məlumata görə, Instagram Reels məzmunlarına "yüklə" funksiyasını gətirib. Daha əvvəl TikTok-dan bizə tanış olan bu özəllik videoların müxtəlif platformalarda paylaşılmasını asanlaşdırır.

Feel It. Reel It. The Only Guide To Instagram Reels You Will Ever Need

“Reels” yükləmə funksiyası hazırda yalnız ABŞ-dəki istifadəçilər üçün əlçatandır. Bu funksiyadan yararlanmaq istəyən istifadəçilər sadəcə olaraq paylaşma işarəsindən “yüklə”ni seçəcəklər. Profili bağlı olanların “Reels” məzmunlarını yükləmək mümkün deyil. İstifadəçilər yalnız açıq hesablara aid “Reels” məzmunlarını endirə biləcəklər. Onu da qeyd edək ki, bu funksiyanı hesab parametrlərində deaktiv etmək olur.

Yüklənmiş "Reels" məzmunlarının, adətən, aşağı hissədə yerləşən Instagram nişanına sahib olub-olmayacağı hələ məlum deyil. İndiyədək istifadəçilər "Reels" məzmunlarını yükləyərkən belə bir nişanla üzləşməyiblər.

Posted 
Jun 21, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All