K

FC Türkiyə, “Andlı Ləzzət Tərcüməçisi” Kemal Fuat Civelek ilə məhsullarını sınayanların hisslərini ifadə edir.

Çıtır toyuqların yaratdığı həzzə fokuslanan bu reklam filmində, KFC ləzzətlərini dadanların hissləri ön plana çıxarılıb. Markanın yaratdığı “Andlı Ləzzət Tərcüməçisi” obrazı, istehlakçıların məhsullardan aldığı ləzzəti anlıq olaraq ifadə edir. O, KFC restoranında, evdə, maşında, lunaparkda məhsulları dadan müştərilərin çıxartdığı səsləri özünəməxsus üslubu ilə ifadə edir.

“BLAB” imzalı reklam filmi məzəli üslubu ilə izləyiciləri gülümsətməyi də bacarır. KFC Türkiyə CMO-su Özkan Özyavuz açıqlamasında:

“Müasir yaşayışın tempində sürətli  yemək yemə alışqanlıqları artarkən, ləzzətin arxa planda qalmağa başladığını gördük. Ancaq istehlakçı araşdırmalarımızda da qonaqlarımız məhsullarımızın fərqli  ləzzətə sahib olmasını vurğulayır. Buradan yola çıxaraq bütün ünsiyyət kampaniyalarımızda ləzzəti, çox yönlü şəkildə ələ alaraq eşitmə, görmə, dad və qoxu duyğularını eyni anda hərəkətə keçirməyi hədəfləyirik. Yeni filmimizdə restoranda, evdə, maşında, hətta lunaparkda məhsullarımızı yeyərkən ləzzətdən özünü itirənlərin hissələrini “Andlı Ləzzət Tərcüməçi”mizdən dinləyirik.”

deyərək kampaniyanın ərsəyə gəlmə səbəbini açıqlayır.


Posted 
Oct 5, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All