C

oca-Cola”, “Həqiqi Möcüzə”nin insanın öz içində olduğunu xatırladan yeni qlobal marka fəlsəfəsi və platforması təqdim etdi.

5 il fasilədən sonra ilk qlobal reklam filmini yayımlayan marka, pandemiya səbəbi ilə azalan satışlarını yenidən canlandırmağı hədəfləyir. Reklam çarxında oyunçular bir e-idman müsabiqəsində mübarizə aparırlar. Oyunçulardan biri kolanı açdığı anda, oyundakı qəhrəmanı dalaşmağı dayandırıb, silahları atıb digər qəhrəmanlarla bir yerə yığılmağa başlayır.

“Coca-Cola”, 2016-cı ildən bu yana etdiyi ilk kimlik yenilənməsi ilə ikonik loqosunu qucaqlaşma formasına uyğunlaşdırır. “Wieden+Kennedy London”, “KnownUnknown” və “Kenyon Weston” tərəfindən dizayn edilən loqo, möcüzəvi anlarla qucaqlaşmağı təmsil edir. Bütün məhsulların üzərində istifadə ediləcək bu loqo, bir kolanı paylaşdıqda hiss edilən birlik bərabərlik anlarını vurğulamaq üçün düşünülüb.

Yeni qlobal marka platforması, insanları birləşdirən möcüzəvi anların, onları ayıranlardan daha böyük olması inancını göstərən “Bir-birimizə Bir Coca-Cola Qədər Yaxınıq” (One Coke Away From Each Other) adlı kampaniyayla başlayır. “Coca-Cola” sosial və rəqəmsal tətbiqlərə də yer ayırdığı bu platformada, 11 Oktyabrdan etibarən başladacağı kod ovu ilə məşhur oyunçularla oyun oynama və mükafatlar qazanma imkanı təqdim edəcək.  Bu, interaktiv canlı yayım xidməti “Twitch”dəki “Brand Partnership Studio” ilə edilən ortaqlıqla həyata keçiriləcək.

“Coca-Cola”nın Marketinq direktorunun köməkçisi Manolo Arroyo kampaniya haqqında belə deyir:

“Həqiqi möcüzə fəlsəfəsinin təməlində, dilemmaların dünyanı daha maraqlı bir yerə çevirəcəyi inancı yatır. Qeyri-adi insanların, gözlənilməyən fürsətlərin və möhtəşəm anların olduğu bir dünya. “Həqiqi möcüzə” sadəcə bir reklam sloqanı və ya bir dəfəlik bir kampaniyadan ibarət deyil. Bütün “Coca-Cola”nın daxilindəki marketinq və ünsiyyət çalışmalarına yön verəcək bir marka fəlsəfəsi və inancıdır.”

Posted 
Oct 1, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All