“DOMiNO Ventures” 2023-cü il üçün məlumatlarını paylaşıb.

Türkiyə, Mərkəzi AsiyaŞərqi Avropanın texnologiya startaplarına sərmayə qoyan “DOMiNO Ventures” 2023-cü ili 11 yeni investisiya ilə başa vurub.

Süni intellekt, oyun Web3 startaplarına diqqət yetirən “DOMiNO Ventures” 2022-ci ildə 12 startapa investisiya etmişdi. “DOMiNO Ventures” tərəfindən verilən məlumata görə, şirkət 2023-cü ildə 11 startapa investisiya edib. Sözügedən 11 sərmayənin sektorlar üzrə bölgüsünə baxdığımızda 6 investisiya ilə süni intellekt texnologiyalarının ön planda olduğunu görürük. Süni intellektdən əlavə Web3 və oyun startaplarına da investisiya edilib.

“DOMiNO Ventures” portfelinə daxil edilən startaplar arasında "Hirize", "Atlas Space", "njoyKidz", "Artifica", "Cineshort", "Iftrue", "Co-One", "Ginoa", "Cognitiwe", "Gamer Arena", "Lumian" "Igor" yer alır. Qeyd edək ki, portfeldəki startaplar bu il ümumilikdə 17,2 milyon avro investisiya toplayıblar. 

“DOMiNO Ventures” 2023-cü ildə 8620 startap üzrə araşdırma edib və 1627 startapla görüşüb. Şirkətin diqqətində olan startapların 47 %-i Türkiyə, 34 %-i Mərkəzi Asiya, 19 %-i isə Şərqi Avropa və Amerikadandır.

2023-cü ildə Mərkəzi Asiyaya qədər genişlənən “DOMiNO Ventures” 2024-cü ildə bu regiondan 5 startapa sərmayə qoymağı hədəfləyir. Qeyd edək ki, 8 ölkədə fəaliyyət göstərən “DOMiNO Ventures”in 50-dən çox qlobal və yerli tərəfdaşı var. Şirkətin ofisləri Amsterdam, İstanbul, Tallinn, Varşava, Tbilisi, Bakı, Astana və Daşkənddə fəaliyyət göstərir.

“DOMiNO Ventures” 2023-cü ildə böyük komandası ilə birgə qlobal miqyasda işlər görməyə fokuslanmış 11 texnologiya startapına sərmayə qoymağı bacardıqlarını qeyd edib. Şirkətin qurucusu və idarəedici tərəfdaşı Mustafa Köpük 2024-cü ildə Süni İntellekt, Web3 və Oyun sahəsindən 12 startapa investisiya etməyi və sərmayə qoyulmuş startapları qlobal bazarda mühüm oyunçuya çevirmək istədiklərini bildirib.

Posted 
Jan 7, 2024
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All