“Kantar” media şirkəti dünyanın ən dəyərli brendlərini sıraladığı “BrandZ Top 100 Ən Dəyərli Qlobal Brendlər” hesabatının 2022-ci il versiyasını paylaşıb.
Siyahıda 2021-ci ilin ən dəyərli markası “Amazon”u bu il “Apple” geridə qoyub.
“2022 BrandZ Top 100 Ən Dəyərli Qlobal Brendlər” siyahısındakı 100 markanın ümumi marka dəyəri yüksək inflyasiya və iqtisadi qeyri-sabitliyə baxmayaraq, təxminən 23 faiz artaraq 8,7 trilyon dollara çatıb.
2-ci sırada “Google”, 3-cü yerdə isə “Amazon” var. Brend dəyərini 49% artıran “Microsoft” 611 milyard dollarla 4-cü, “Tencent” isə 11% azalmasına baxmayaraq yenə 5-ci yerdə qərarlaşıb.
Keçən ilki hesabatda siyahısında 9-cu qərarlaşan “McDonald's”ın marka dəyəri yüzdə 27 artaraq 196 milyard dollara çatıb. “McDonal’s”ı yeddinci yerdə 191 milyard dollar marka dəyərini qoruyan “Visa” izləyir. Brend dəyəri 18 faiz azalaraq 186 milyard dollar olan “Facebook” səkkizinci sıraya geriləyərkən doqquzuncu sırada görünən “Alibaba”nın marka dəyəri isə yüzdə 14 azalaraq təxminən 170 milyard dollar olub. İlk 10-luğa girən sonuncu marka “Louis Vuitton”dur. Şirkət marka dəyərini yüzdə 64 artımla 124 milyard dollara yüksəltməyi bacarıb.