Harry Potter dünyasının gözlənilən oyunu “Hogwarts Legacy”nin 15 dəqiqəlik “gameplay” videosu yayımlanıb!

Oyunda bizləri 1800-cü illərdəki Hogwartsın mistik və sehr dolu dünyası qarşılayacaq. Burada professorlarımızdan öyrənəcəyimiz müxtəlif sehrlərlə personajımızı istədiyimiz kimi inkişaf etdirə biləcəyik. Məktəbdə yeni dostlarla tanış olacaq, onlarla birlikdə müxtəlif missiyalardan keçəcəyik. Bundan əlavə, oyun boyu yığdığımız bitkilər və əşyalarla eliksirlər hazırlaya biləcək, rəqiblərimizə qarşı istifadə edə biləcəyik.

Sözü çox uzatmadan sizə oyunun həmin “gameplay” videosunu təqdim etmək istəyirik. Xoş seyrlər!


Oyunun 2022-nin sonunda PC, PS4, PS5 , Xbox One ve Xbox Series konsolları üçün təqdim edilməsi gözlənilir.

Posted 
Mar 19, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All