KOBİA yerli startaplara ayrılan vəsait məbləğini açıqladı.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) startaplara dəstək mexanizmi çərçivəsində indiyədək 130 startapa ümumilikdə 2 milyon 500 min manat qrant ayırıb. Bu barədə KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov “MyLift” platformasının rəsmi təqdimat mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu cür tədbirlər kiçik startap layihələrinin inkişafının real nümunəsidir və növbəti 10 ildə Azərbaycanda startap ekosisteminin daha da genişlənəcəyi gözlənilir.

Posted 
Jan 29, 2026
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All