U

nilever” markası olan “Lux” və “Wunderman Thompson”un Yaxın Şərqdə başlatdığı yeni kampaniya kişilərə, virtual da olsa qadınların hər gün məruz qaldığı xoş olmayan təcrübələri yaşatmağı hədəfləyir.

Bir kişi küçədə gedərkən çox nadir halda olurki, bədəninə narahat edici gözlərin zillənib baxılmasından ya da sözlü, fiziki təcavüzə məruz qalma ehtimalından narahat olur. Bu marka və birgə çalışdığı agentlik qadınların məruz qaldığı təcavüzlərlə bağlı maarifləndirmə kampaniyası həyata keçirməyə başlayıb. Belə ki, “In Her Shoes” kampaniyası ilə kişilər də qadınların gündəlik həyatda qarşılaşdığı xoş olmayan bu davranışları təcrübə edə bilirlər. Marka bu kampaniyanın insanların davranışlarında dəyişikliyə vəsilə olacağına ümid edir.  

Kampaniya, istifadəçilərin dünyanın fərqli şəhərlərində virtual gəzintilərə çıxmasını mümkün edən “City Walks” platformasını istifadə edir. Platformada təqdim edilən cinsiyyət seçimi sayəsində ziyarətçilər, eyni küçələrdə həm qadın, həm də kişi olaraq gəzə bilirlər. Bu iki seçim arasındakı fərqliliklər platformanın ziyarətçilərinə olduqca açıq şəkildə əks etdirilir. Belə ki, kişilər şəhərin səsi və mənzərəsi ilə bərabər normal bir gəzintinin dadını çıxarırkən, qadınlar müxtəlif kişi qruplarının istənilməyən, narahat edici, xoş olmayan sözləri ilə qarşılaşır. Beləliklə kampaniya kişilərin çox önəmsəmədiyi bu halı ön plana çəkərək onları daha çox düşünməyə dəvət edir.

2021-ci ilin mart ayında “Unilever” qadınlara başqalarının fikirlərindən asılı olmaq əvəzinə, kim olduqları və necə göründükləri mövzusunda sərbəst hiss etmələri ilə bağlı ilhamverici yeni “Pozitiv Gözəllik” strategiyasını başlatmışdı. “In Her Shoes” də bu strategiyanın daxilində həyata keçirilir.

Posted 
Sep 1, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All