D

ünyanın ən böyük sosial media platformalarından biri olan Reddit 250 milyon dollar dəyərində yeni investisiya ilə E-seriyalı investisiya turunu başa vurub.

Vy Capital”ın rəhbərlik etdiyi investisiya turunda “Reddit”in əvvəlki investorlarından Andreessen Horowitz, Sequoia Capital və Tencent Holdings də iştirak edib. Bu investisiya ilə büdcəsinə 250 milyon dollar əlavə edən Reddit invesitisiyanı işçi qüvvəsini 100% böyütmək və istifadəçi sayını sürətli bir şəkildə artırmaq üçün istifadə edəcəyini bildirib. Bir çox məsələ ilə bağlı gündəmin müəyyən olunmasında həlledici rol oynayan Reddit platforması son günlərdə baş verən GameStop hadisələri ilə bütün dünyaya səs salmışdı.

Bu investisiya ilə “Reddit”in video məzmun, reklam və istehlak məhsulları sahəsindəki yatırımlarını artırması gözlənilir.

Posted 
Feb 3, 2021
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All