B

ildiyiniz kimi bu gün Türkiyə millisi Azərbaycanda stadiona çıxacaq. Türkiyənin bu oyunda rəqibi Uels komandasıdır. "Socar" Türkiyənin Azərbaycandakı bu oyununu dəstəkləmək məqsədilə yeni türk dilində video çarx yayımladı.

Video çarx boyunca "ev" kəliməsi ilə başlayan "Ev addımını atdığın an rahat olduğunu yerdir. Ev sənə ürəkdən inananların olduğu yerdir. Ev ən böyük dəstək aldığın yerdir" kimi cümlələr səslənir. Türkiyə millisinə dəstək məqsədi daşıyan bu videoda eyni zamanda Türkiyə Azərbaycan dostluğu, qardaşlığı başda olmaqla millinin

Bakıda qonaq deyil, öz evində olduğu vurğulanır.

Sonda isə "Birlikdəyik, güclüyük" sloqanı və Türkiyə Azərbaycan bayrağı ilə dəstək çarxı sonlanır. Biz də öz adımızdan türkiyəli qardaşlarımıza xoş gəldiniz deyirik və bu gün ki oyunda onlara uğurlar arzulayırıq.

Posted 
Jun 16, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All