K

eçən ay “Martı” startapının Nyu-York Fond birjasına çıxdığını və əməliyyat başa çatdıqdan sonra 280 milyon ABŞ dolları məbləğində ümumi nağd gəlir əldə edəcəyini sizinlə paylaşmışdıq.

İndi isə “Martı” daha bir xəbərlə gündəmə gəlib. Texnologiya şirkəti hazırda İstanbulun Bağdat küçəsində mağaza açmağa hazırlaşır. “Martı Store” adlı mağazasında şirkətin nə satacağı və hansı xidmətləri təklif edəcəyi barədə hələ ki, məlumat yoxdur.  “Martı”nın rəsmi “Instagram” hesabında paylaşılan hekayəyə görə bunun təxmini hələlik “Martı” istifadəçilərinin ixtiyarına verilib.

Qeyd edək ki, şirkət daha əvvəllər “Trendyol”da uşaqlar üçün nəzərdə tutulan “Green Kids Scooter Mini Martı” adlı skuterini satışa çıxarmışdı.

Hazırda milyonlarla insanın istifadə etdiyi “Martı” 2018-ci ildə Oğuz Alper Öktem və Sena Öktem tərəfindən qurulub və 2019-cu ilin mart ayından fəaliyyətə başlayıb. İlk olaraq elektrikli skuterlərin icarəsi ilə fəaliyyətə başlayan startap indi də elektrikli velosipedə bənzər vasitə və elektrikli moped icarəsi də təklif edir.

Posted 
Sep 7, 2022
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All