8

0-nə yaxın startapın iştirak etdiyi tədbirdə dünya bazarına çıxış imkanları müzakirə olunub.
Yerli startapların Dünya Biznes Mələkləri İnvestisiya Forumunun (#WBAF) sədri Baybars Altuntaşla görüşü təşkil olunub. Qeyd edək ki, WBAF sıralarında dünyanın 132 ölkəsindən 1400-dən çox “mələk investor”u birləşdirir və 10 ölkədə ofisi fəaliyyət göstərir. WBAF ilə görüşün məqsədi yerli startapları “mələk investor”larla əlaqələndirmək və onları xarici bazarlara çıxış imkanları barədə məlumatlandırmaqdır.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə innovativ sahibkarlığın inkişafına dəstək məqsədilə KOBİA-nın startap, mikro və kiçik sahibkarlara göstərdiyi müxtəlif dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, Agentlik tərəfindən rəqəmsal iqtisadiyyatın əsas komponentləri olan elektron ticarət, elektron idarəetmə, elektron ödəniş, nəqliyyat-logistika, elektron kənd təsərrüfatı, biznes üçün rəqəmsal həllər üzrə startaplara qrant və “Startap” şəhadətnaməsi verilib. Startaplar üçün “Bakı KOB evi”ndə Startap İnkişaf Mərkəzi fəaliyyət göstərir, Agentliyin #KOB inkişaf mərkəzləri tərəfindən innovativ biznesə dair müxtəlif təlimlər keçirilir, tədbirlər təşkil olunur.

Dünya Biznes Mələkləri İnvestisiya Forumunun (WBAF) sədri Baybars Altuntaş WBAF-ın startapların xarici bazarlara çıxışına dair təcrübəsini bölüşüb, bu sahədə imkanlara və startap layihələrinin maliyyələşdirilməsi üçün “mələk investor”ların tələblərinə dair təqdimatla çıxış edib, startapların suallarını cavablandırıb.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov isə yerli startaplar üçün ölkəmizdə mövcud olan dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verib.

Posted 
Feb 15, 2023
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All