Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan), Gürcüstandakı Alman Ticarət Assosiasiyası (DWV) və Almaniyanın Bakıdakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində gürcü və azərbaycanlı startapları təqdim etmək üçün 11 avqust tarixində “START.UP! Germany Pitch Event” keçiriləcək.

Logistika və mobillik, yaşıl texnologiya və sənaye həlləri sahələrində fəaliyyət göstərən beş azərbaycanlı startap tədbirdə iştirak edəcək. Yerli startaplar Gürcüstandan olan aşağıdakı beş startapla rəqabət aparacaqlar: “DG Systems”, “Styx”, “VooVoo”, “Corvis”, “Costy”. 

Ən yaxşı ölkələr 23-27 oktyabr 2022-ci il tarixlərində Şimali Reyn Vestfaliya və onun dinamik Reyn-Rur bölgəsində keçiriləcək “Start.up Germany Tour 2022”də finala vəsiqə qazanacaq və tanınmış Alman transmilli şirkətləri və innovativ KOM-ları ilə görüşəcək.

Tədbirə qeydiyyatdan keçmək istəyən startaplar bu forumu doldura bilərlər. Dedlayn 28 iyuldur.

Posted 
Jul 24, 2022
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All