Elon Musk-ın süni intellekt şirkəti xAI tərəfindən hazırlanaraq X platformasına inteqrasiya edilən Grok adlı çatbotun təhqiramiz və uyğunsuz cavabları sosial şəbəkələrdə geniş reaksiyalara səbəb olub.
Grok-un verdiyi bəzi cavabların cəmiyyətdə narazılıq doğurmasının ardından, Türkiyə Prokurorluğu tərəfindən rəsmi istintaq başladılıb. Yalnız çatbotun özünə deyil, ona bu tip cavabları verməsi üçün təlimat verən və süni intellekti yönləndirən şəxslərə də hüquqi qiymət verilməsi məqsədilə istintaqa cəlb olunublar.

İstintaq çərçivəsində, çatbotun cavablarının haradan qaynaqlandığı, yönləndirici alqoritmlərin arxasında duran insan faktorunun rolu araşdırılır. Türkiyənin Rabitə və İnformasiya Texnologiyaları Qurumuna (BTK) Grok-un ölkə daxilində fəaliyyətinə məhdudiyyət qoyulması ilə bağlı müraciət edilib.