Bakı yeni "Bolt Market" xidmətinin istifadəyə verildiyi ilk şəhər olacaq.

Bolt Food launches Bolt Market in Malta | Bolt Blog

Xidmətin istifadəçiləri gün ərzində yeməklərin çatdırılması üçün sifariş verə biləcəklər. Müştərilər həmçinin ərzaq məhsulların çatdırılmasını 72 saat öncədən planlaşdırmaq imkanına malikdirlər. İlk ayda 1,2 km radiusda pulsuz çatdırılma və şəxsi gigiyena və uşaq baxımı kateqoriyaları üzrə seçilmiş məhsullara 50%-ə qədər endirim təklif edən aksiyalar mövcud olacaq. Alkoqollu içkilər və şərab kateqoriyalarından seçilmiş məhsullar isə 15% endirimli qiymətlə təklif ediləcək.

Sifariş vermək üçün "Bolt Food" tətbiqini açmaq və 3 500-dən çox adda məhsul təklif edən "Bolt Market" ərzaq mağazalarından sizə ən yaxın olanı seçmək kifayətdir. Sifarişi təsdiqləməzdən əvvəl proqram qiyməti və təxmini çatdırılma müddətini göstərir. Ödəmək üçün alıcı tətbiqə bank kartı məlumatlarını daxil etməlidir. "Bolt Food" proqramı vasitəsilə kuryerin hərəkətini real vaxt rejimində izləyə bilərsiniz. Sifariş verdiyiniz andan məhsulun komplektasiyası və çatdırılma statusu, eləcə də kuryerin təxmini gəliş vaxtı barədə bildirişlər alacaqsınız. Çatdırılma adətən təxminən 30 dəqiqə ərzində həyata keçirilir.

Bolt hakkab koos ringmajandusiduga toitu päästma - FoundME

"Bolt" şirkətinin pərakəndə inkişafı üzrə rəhbəri Eduard Naqi qeyd edib:

“Biz Bakıda ərzaq çatdırılması xidmətini təqdim etməkdən çox məmnunuq. Bu, bir daha sübut edir ki, biz bu bazarı biznesimizin vacib hissəsi hesab edirik və ona investisiya qoymağı planlaşdırırıq. Gələcəkdə biz daha da rəqabətədavamlı olmaq üçün çeşidlərimizi və çatdırılma sferamızı genişləndirmək istəyirik. Yerli sakinlərin ərzaq almaq üçün mağazaya getmək ehtiyacını aradan qaldıraraq, vaxtlarını daha vacib işlərə və ya istirahətə sərf etmələrinə imkan yaratmaq üçün yaxın gələcəkdə "Bolt Market" yerli ərzaq mağazaları şəbəkəsini Azərbaycanın digər şəhərlərinə də genişləndirməyi planlaşdırırıq".

Ərzaq mallarının çatdırılması xidməti "Bolt" platformasında 2021-ci ildən mövcuddur və artıq yeddi Avropa ölkəsinin 12 şəhərində özünü sübut edib. İndi xidmət Azərbaycan bazarında da öz yerini tutacaq.

Mənbə: Report.az
Posted 
Nov 27, 2023
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All